“Fair Play” pozuldu, oyun yenidən keçiriləcək VİDEO

02:30 - 19 Dekabr 2014

“Mioveni” – “Kluj” qarşılaşması ilə bağlı qərar verildi  
 
Rumıniya ölkə kubokunun 1/4 final mərhələsində “Kluj”un səfərdə “Mioveni”  üzərində 4:3 hesabı ilə qələbə qazandığı oyun yenidən təkrar keçiriləcək.
 
Sportal.az xəbər verir ki, buna səbəb qarşılaşmada qonaq komandanın “fair play” qaydalarına əməl etməməsi olub. Komanda yoldaşının zədə aldığını görən “Miloveni” klubunun futbolçusu topu meydandan çıxarıb. Autla oyuna başlayan “Kluj”un futboçuları topu rəqibə vermək əvəzinə hücum edərək hesabı bərabərləşdirib – 3:3. Bundan sonra daha bir qol vuran qonaqlar nəticədə 4:3 hesabı ilə qələbə qazanıb.
 
Lakin “Mioveni” klubunun rəsmiləri “Kluj”un “fair play” qaydalarına əməl etməyərək qol vurmasıyla bağlı federasiyaya şikayət edib. Bunu nıəzərə federasiya ölkə kubokunun ¼ final mərhələsi çərçivəsində “Mioveni” - “Kluj” qarşılaşmasının yenidən keçirilməsinə qərar verib.                

 

 

Xəbər xətti