İngiltərə Premyer Liqası: "Mançester Siti" 3 xalı 3 qolla qazandı

02:00 - 21 Dekabr 2014

"Qırmızı şeytanlar" səfərdə büdrədi  
 
İngiltərə Premyer Liqasında 17-ci turun oyunlarına start verilib.
 
Sportal.az xəbər verir ki, turun açılış matçında "Mançester Siti" doğma meydanda "Kristal Pelas"ı qəbul edib. “Şəhərlilər” 3 xalı 3 cavabsız qolla qazanıb. “Mançester Yunayted” isə səfərdə “Aston Villa” ilə üz-üzə gəlib. Hərəyə 1 qol vuran tərəflər meydandan sülhlə ayrılıblar.
 
 
İngiltərə Premyer Liqası 17-ci tur
 
20 dekabr
 
“Mançester Siti” – “Kristal Pelas”  3:0
Qollar: David Silva, 49; 61, Ture, 81
 
“Aston Villa” – “Mançester Yunayted”  1:1
Qollar: Benteke, 18 - Falkao, 53
 
“Hall Siti” – “Suonsi”  0:1
Qol: Ki Sunq-Yonq, 15
 
KPR – “Vest Bromviç”  3:2
Qollar: Austin, 24-pen, 49, 86 - Leskott, 10, Varela, 20
 
“Sautqempton” – “Everton”  3:0
Qollar: Lukaku, 38-öz qapısına, Pelle, 65, Yoşida, 82
 
“Tottenhem” – “Bernli”  2:1
Qollar: Kin, 21, Lamela, 35 – Barnes, 27
 
“Vest Hem” – “Lester”  2:0
Qollar: Karroll, 21, Dauninq, 56
 
21 dekabr
 
17:30 “Nyukasl” – “Sanderlend”
20:00 “Liverpul” – “Arsenal”
 
22 dekabr
 
00:00 “Stok Siti” – “Çelsi”

Xəbər xətti