"Sauthempton" - "Everton" 3:0 VİDEO

02:45 - 21 Dekabr 2014

Ronald Kumanın komandası tilsimi qırdı
 
İngiltərə Premyer Liqasında 17-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, son turlar xal itkilərinə yol verən "Sauthempton" doğma publika önündə "Everton"u qəbul edib. Ronald Kumanın komandası bu dəfə rəqibinə heç bir şans verməyib. "Zolaqlılar"ın fasiləyə üstün yollanmasına "Everton"lu Lukakunun avtoqolu səbəb olub. Lakin ikinci 45 dəqiqədə də üstünlüyü əldən verməyən meydan sahibləri daha iki qol vuraraq 3:0 hesablı qələbəni bayram ediblər. .  
 
“Sautqempton” – “Everton”  3:0
Qollar: Lukaku, 38-öz qapısına, Pelle, 65, Yoşida, 82

 

 


 

Xəbər xətti