"Napoli" Superkuboka sahib çıxdı

00:30 - 23 Dekabr 2014

Turin tməsilçisi penaltilər seriyasında yenildi 
 
İtaliya Superkuboku uğrunda “Yuventus” və “Napoli” arasında qarşılaşma keçirilib.
 
Sportal.az xəbər verir ki, həlledici oyunda 90 dəqiqədə tərəflər  hərəyə 1 dəfə fərqlənib. Əsas vaxta əlavə edilən 30 dəqiqədə komandalar  yenə hərəyə bir qol vurub. Qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Burada isə “Napoli” daha dəqiq oynayaraq, İtaliya Superkubokuna sahib olub – 5:6.

Qeyd edək ki, ötən mövsüm “Yuvestus” A seriyasını, “Napoli” isə ölkə kubokunu qazanıb.
 
 
İtaliya Superkuboku
 
22 dekabr
 
“Yuventus” (Turin) – “Napoli” (Neapol)  2:2 (penaltilər seriyası 5:6)
Qollar: Teves, 5, 106 - İquain, 68, 118 

Xəbər xətti