"Neftçi" ilə adı hallanan Premyer Liqanın bombardiri: "Hələ heçnə dəqiq deyil, 2-3 günə hər şey bəlli olacaq"

10:45 - 23 Dekabr 2014

Hücumçudan açıqlama

 

Qış fasiləsinə bombardir kimi yollanan "Bakı"nın gənc hücumçusu Nurlan Novruzov bir çox klubların maraq dairəsinə düşüb. "Neftçi"yə transfer olunacağı barədə gəzən söz-söhbətlərə aydınlıq gətirən futbolçu hələ heç nəyin dəqiq olmadığını bildirib.

 

Sportal.az-a açıqlamasında Nurlan bunları qeyd edib:

 

"Danışıqlar 2-3 klubla olub. Ancaq, hal-hazırda dəqiq bir şey demək olmaz. Təxminən 2-3 günə hər şey bəlli olacaq. Bu komandanın "Neftçi" və ya başqa bir klub olduğunu demək çətindir. Yaxın günlərdə hər şeyə aydınlıq gələcək."

Xəbər xətti