40 yaşlı braziliyalı yarımmüdafiəçi futbola doymur, özünə yeni klub tapdı

12:05 - 23 Dekabr 2014

"Palmeyras"la yeni müqavilə

 

40 yaşlı braziliyalı yarımmüdafiəçi Ze Roberto "Palmeyras"la 1 illik müqaviləyə imza atıb.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, sabiq klubu olan "Qremio"da 44 matçda 1 qolla yadda qalan futbolçu karyerasını bitirmək fikrində deyil.

 

Qeyd edək ki, Ze Roberto "Real", "Bayer", "Bavariya" və "Hamburq" kimi klublarda çıxış edib.

Xəbər xətti