"Arsenal" - KPR 2:1 VİDEO

01:15 - 27 Dekabr 2014

Autsayder səfərdən xalsız dönür
 
İngiltərə Premyer Liqasında 18-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, "Arsenal" doğma publika önündə çempionatın autsayderi KPR-i qəbul edib.
 
London təmsilçisinin təzyiqi 37-ci dəqiqədə bəhrəsini verib. KPR-li müdafiəçinin Sançesin qarşısını kobudluqla alması penaltiylə nəticələnib. Zərərçekən özü penaltini dəqiq yerinə yetirərək "topçular"ı hesabda önə keçirib. İlk yarıdan üstün ayrılan ev sahibləri 65-ci dəqiqədə daha bir qol vurublıar. London təmsilçisinin ikinci qoluna Rosiski imza atıb.  79-cu dəqiqədə Austin penaltidən hesab arasında fərqi azaldıb.       
 
 
“Arsenal” – KPR  2:1
Qollar: Sançes, 37, Rosiski, 65 - Austin, 79-pen

 

 


 

Xəbər xətti