Premyer Liqada baş məşqçi qovuldu

16:50 - 27 Dekabr 2014

Uğursuz nəticələr buna səbəb olub

 

İngiltərə Premyer Liqasında çıxış edən "Kristal Pelas"ın baş məşqçisi Nil Uornok tutduğu vəzifədən azad edilib.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, Premyer Liqanın son turunda doğma meydanda "Sauqempton"a 1:3 hesablı məğlubiyyətdən sonra klub rəhbərliyi bu addımı atıb.

 

Qeyd edək ki, Nil Uornokun rəhbərliyi altında "Kristal Pelas" 18 turdan sonra turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Xəbər xətti