Əfran İsmayılov: "Fikrim Türkiyədə oynamaqdır" MÜSAHİBƏ

17:00 - 28 Dekabr 2014

"Yerli klublarla çox maraqlanmıram"

 

"Xəzər Lənkəran"ın sabiq yarımmüdafiəçisi Əfran İsmayılovun müsahibəsi

-“Xəzər Lənkəran”dan ayrıldıqdan sonra adın bir neçə klubla hallandı. Hansısa klubla razılığa gəlmisən?

- Təkliflər çoxdur. Hələ ki, mümkün variantları nəzərdən keçirirəm. Şərtlərimi irəli sürmüşəm, hansı klub razılaşsa, onunla müqavilə imzalayacam.

- “İnter”lə danışıq apardığın bəllidir. Digər klublar hansılardır?

- Yerli klublarla çox maraqlanmıram. Sözün düzü, onlarla çox danışmamışam. Fikrim Türkiyədə çıxış etməkdir. Variantlar çoxdur. Hazırda hər bir klubun şərtləri barədə düşünürəm.

- Yəni Türkiyədə oynamaq variantı daha realdı?

- Bəli, bunu özüm də çox istəyirəm. Həm Türkiyə I divizionu, həm də superliqada çıxış edə bilərəm.

- Superliqa klubundan təklif alımısan?

- Bəli, elə hazırda da həmin klubun şərtləri haqda düşünürəm. İndidən danışma istəmirəm.  Hər zaman danışıq apardığım klubların adını açıqlamışam. Ancaq gəlin, indi səbr edək. Tam razılıq əldə edəndən sonra ətraflı danışaram.

-Yəqin ki, superliqa klubunu seçərsən.

- Əlbəttə, ən birinci bu variantı düşünürük.

 

Mənbə:qol.az

Xəbər xətti