Lempard 600-cü matçına çıxdı

18:00 - 29 Dekabr 2014

Təcrübəli futbolçu 600-a çatdı

 

"Mançester Siti" İngiltərə Premyer Liqasının 19-cu turunda "Bernli" ilə 2:2 bərabərə qalıb.

 

Sportal.az xəbər verir ki, həmin qarşılaşma klubun təcrübəli futbolçusu Frank Lempard üçün əlamətdar olub. Bu matçda təcrübəli yarımmüdafiəçi Premyer Liqada 600-cü matçına çıxıb.

Qeyd edək ki, F.Lempard İngiltərənin "Vest Hem", "Suonsi", "Çelsi" klublarının şərəfini qoruyub. O, hazırda "Mançester Siti"də icarə əsasında çıxış edir.

Xəbər xətti