"Nyukasl"ın müdafiəçisi oyunçu-məşqçi ola bilər

11:05 - 30 Dekabr 2014

Baş məşqçi komandanı tərk etsə...

 

"Nyukasl"ın təcrübəli argentinalı müdafiəçisi Fabrisio Koloççini komandasında oyunçu-məşqçi kimi fəaliyyət göstərə bilər.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Nyukasl"ın baş məşqçisi Alan Pardyunun komandadan ayrılması gözlənilir. Belə olacağı təqdirdə, Koloççini müvəqqəti də olsa, bu vəzifəyə təyin olunacaq.

 

Qeyd edək ki, təzminat məsələsində razılıq əldə olunsa, yaxın günlərdə Pardyu komandanı tərk edəcək.

Xəbər xətti