"Mançester Yunayted"ə iki şad xəbər

14:15 - 1 Yanvar 2015

Ander Errera və Adnan Yanuzay yaşıl meydanlara geri dönür

 

"Mançester Yunayted" klubunun 2 futbolçusu zədəsini sağaldıb.

 

Sportal.az xəbər verir ki, Ander Errera və Adnan Yanuzay komanda ilə birlikdə məşqlərə başlayıb. Hər iki futbolçunun "Stok Siti" ilə qarşılaşmada meydana çıxması gözlənilir.

 

Qeyd edək ki, "Stok Siti" - "Mançester Yunayted" matçı Bakı vaxtı ilə saat 16:45-də başlayacaq.  

Xəbər xətti