"Yuventus" Tevesi əvəz edəcək futbolçu axtarır

12:05 - 2 Yanvar 2015

Argentinalı komandanı tərk edəcək

 

"Yuventus"un təcrübəli argentinalı hücumçusu Karlos Teves sezon sonunda komandadan ayrılacaq.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "qoca sinyora" müqaviləni artırmaq fikrində olmayan Tevesin əvəzinə hücumçu axtarışına çıxıb.

 

Qeyd edək ki, 2013-cü ildən "Yuventus"un heyətində forma geyinən Teves bu mövsüm çıxdığı 22 matçda 15 qol və 5 asistlə yadda qalıb.

Xəbər xətti