Cerrard son qərarını verdi, komandanı tərk edəcək

14:30 - 2 Yanvar 2015

Ulduz futbolçudan gözlənilməz qərar

 

“Liverpul”un canlı əfsanəsi Stiven Cerrard bu mövsümün sonu komandadan ayrılmağa qərar verib.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, son vaxtlar gəzən söz-söhbətə 34 yaşlı Cerrard son qoyaraq, komandanı tərk edəcəyini bildirib.

 

Qeyd edək ki, Cerrardın "Liverpul"dan ayrıldıqdan sonra Amerika klublarından birinə keçəcəyi gözlənilir.

Xəbər xətti