"Yuventus" axtardığı hücumçunu Mançesterdə tapdı

17:35 - 2 Yanvar 2015

Komanda yeni hücumçu axtarır

 

Turinin “Yuventus” klubu bu yay heyətini ulduz futbolçu ilə gücləndirmək istəyir.

 

Sportal.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, komanda Kolumbiya millisinin hücumçusu Radamel Falkaonu transfer etmək niyyətindədir.

“Mançester Yunayted” mövsümün sonunda futbolçunu “Monako”dan birdəfəlik almasa, o zaman “Yuventus” hücumçunu heyətinə qatmağa çalışacaq.

 

Qeyd edək ki, İtaliya mətbuatı "Yuventus"un Falkaonu transfer etmək ehtimalının güclü olduğu yazıb.

Xəbər xətti