"Qarabağ"a qarşı oynamış futbolçunun "Napoli"yə keçidi baş tutdu

03:00 - 3 Yanvar 2015

İvan Striniç A seriyasında “3” nömrəli formada oynayacaq
 
Avropa Liqasının qrup mərhələsində “Dnepr”in heyətində “Qarabağ”a qarşı oynamış İvan Striniçin “Napoli” klubuna keçidi reallaşıb.
 
Sportal.az xəbər verir ki, İtaliyada tibbi müayinədən keçən xoravat futbolçu yaxın günlərdə klubla rəsmi müqavilə bağlayacaq.
 
Lakin müdafiəçinin "Napoli”də neçə nömrəli formanı geyinəcəyi artıq məlumdur. Belə ki, Stirniç İtaliya A seriyasında “3” nömrəli formada çıxış edəcək.    

Xəbər xətti