Arşavin "Zenit"dən gedə bilər

11:15 - 3 Yanvar 2015

Futbolçu Peterburq təmsilçisdə xoşbəxt deyil

 

“Zenit”in futbolçusu Andrey Arşavin qışda komandanı tərk edə bilər.

 

Sportal.az xəbər verir ki, buna səbəb təcrübəli futbolçunun Rusiya Premyer Liqasında komandanın heyətində az forma şansı əldə etməsidir.
 

33 yaşlı futbolçunun yaxın günlərdə klubdan ayrılacağı gözlənilir. Yarımmüdafiəçi karyerasını digər Rusiya təmsilçilərindən birində davam etdirə bilər.


Qeyd edək ki, Andrey Arşavin Rusiya Premyer Liqasının cari mövsümündə 8 oyunda meydana çıxıb və rəqib qapılarından yalnız 1 top keçirməyi bacarıb.

Xəbər xətti