"Qırmızı şeytanlar" nə düşünür: Falkao gedəcək?"

14:20 - 4 Yanvar 2015

Futbolçu üçün 55 milyon avro ödəniləcək?

 

Bu mövsümün əvvəlində "Monako"dan icarə əsasında "Mançester Yunayted"ə gələn Radamel Falkao sezon sonunda komandanı tərk edəcək.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, son vaxtlar Falkaonun "qırmızı şeytanlar"la razılığa gəldiyi və futbolçu üçün 55 milyon avro ödəniləcəyi ilə bağlı söz-söhbətlər gəzsə də, bu transfer baş tutmayacaq.

 

Qeyd edək ki, Falkao bu mövsüm "Mançester Yunayted"də çıxdığı 15 matçda 3 qol vurmağı bacarıb.

Xəbər xətti