Sterlinqi əldən buraxmaq istəməyən "Liverpul" həftəsinə 100 min funt verəcək

15:15 - 4 Yanvar 2015

"Liverpul"da yeni müqavilə

 

"Liverpul"un  20 yaşlı yarımmüdafiəçisi Rahim Sterlinq yanvarın sonlarına yaxın klubla yeni müqaviləyə imza atacaq.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 5 il nəzərdə tutulan müqavilənin şərtlərinə görə Sterlinqə həftəyə 100 min funt-sterlinq ödənəcək. İngiltərəli futbolçu daha əvvəl "Liverpul"da həftəsinə 30 min funt qazanırdı.

 

Qeyd edək ki, "Real" və "Mançester Siti" Sterlinq üçün 60 milyon avrosundan keçməyə hazırdı.

Xəbər xətti