"Bakı" yeni ildə ilk məşqinə çıxdı

18:10 - 5 Yanvar 2015

Komanda hazırlığa başladı

 

Azərbaycan Premyer Liqasının növbəti iki dövrəsinə hazırlıq məqsədilə "Bakı" klubu bu gün yenidən bir araya gəlib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi 2015-ci ildə ilk məşqinə çıxıb.

Bu gün saat 15:00-da klubun təlim-məşq bazasında baş tutan hazırlığa köməkçi məşqçi Rafael Əmirbəyov rəhbərlik edib.

Öncə isinmə hərəkətləri yerinə yetirən futbolçular daha sonra 3 qrupa bölünərək meydanboyu qaçıblar. Birsaatlıq yüngül və sürətli qaçışın ardından oyunçular dartınma hərəkətlərini icra ediblər.

Xəbər xətti