"Bakı"nın legionerləri qayıtmağa razılıq verdilər

19:40 - 5 Yanvar 2015

"Biz bu problemi yoluna qoymağa çalışırıq"

 

Cari mövsümü əsasən yerli futbolçularla keçirən “Bakı” ilk iki dövrədə 4 legionerin xidmətindən yararlandı.

 

Sportal.az xəbər verir ki, həmin legionerlərdən 2-si komandaya qayıtmağa razılıq verib. Kiprli müdafiəçi Georgios Pelagios və braziliyalı hücumçu Jaba mövsümün qalan hissəsini də “zolaqlılar”la birgə keçirəcək. Bu məlumatı klubun icraçı direktoru Yaşar Seyidov verib:

 

“Jaba və Pelagiosun qayıtmasında heç bir problem yoxdu. Onların komandada qalacaqları dəqiqdi. Amma Lukas Mario Horvat və Risto Ristoviçlə maliyyə problemimiz var. Hər iki futbolçu əməkhaqqısının ödəniləcəyi təqdirdə komandaya dönəcəyini bildirib. Biz də bu problemi yoluna qoymağa çalışırıq”.

Qeyd edək ki, mövsümə “Bakı”nın heyətində başlayan və çox keçmədən ölkəsinə qaçan Yure Travner isə İngiltərə klubu “Ridinq”lə anlaşıb.

 

Mənbə:apasport.az

Xəbər xətti