Dieqo Maradona "Qızıl top" mükafatına kimi layiq görür?

02:30 - 6 Yanvar 2015

Argentinalı əfsanə favoritini açıqladı
 
Yanvarın 12-də Cenevredə dünyanın ən yaxşı futbolçusunun adı açıqlanacaq.
 
Sportal.az xəbər verir ki, bu dəfə “Qızıl top”a kimin sahib çıxacağı hamıda maraq döğurur. Həmin gün yaxınlaşdıqca mütəxəssislər dünyanın ən yaxşısı oyunçusu kimi favoritlərin açıqlayırlar. Dünya futbolunun afsanələrindən biri sayılan argentinalı Dieqo Maradona da “Qızıl top” mükafatına kimin daha yaxın olduğunu deyib:
 
“Mənim favoritim nə Messi nə də Ronaldodur. Manuel Noyer mükafatı qazanmağı haqq edir. Çünki  qapıçı mundialda mükəmməl qurtarışlarıyla Almaniya millisinə kuboku qazandırdı. Onun qapıda etibarlı oyunu komandaya ikiqat güc qatdı. Messi və Ronaldo nəylə yadda qaldı ki? Noyerin sərgilədiyi oyun fonunda hər iki futbolçu istirahət edirdi. Əgər sorğu ədalətli aparılsa, Noyer dünyanın ən yaxşı futbolçusu seçiləcək”.          

Xəbər xətti