Millimizin qapıçısı: "Kuboku qazanmaq üçün əlimzdən gələni edəcəyik" MÜSAHİBƏ

19:45 - 6 Yanvar 2015

"Bizim üçün hansı rəqibə qarşı oynamağın fərqi yoxdur"

 

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının qapıçısı Ağaseyid Qasımovun müsahibəsi

 

- Artıq Valentin Qranatkin turnirindəki növbəti rəqibləriniz məlumdur. Sankt-Peterburq və Cənubi Koreya yığmaları barədə nə deyə bilərsiniz?
- Sankt-Peterburq Slovakiya kimi komandaya qalib gələ bilibsə, deməli, yaxşı kollektivdir. Bu görüşə ciddi hazırlaşırıq. Rəqibin kimliyinin isə o qədər də ciddi fərqi yoxdur.

 

- Əksəriyyət Azərbaycan yığmasının Slovakiya və Finlandiya ilə qarşılaşacağını proqnozlaşdırsa da, onlar qrup qalibi ola bilmədilər...
- Hər iki komanda güclü heyətə malikdir. Amma yenə deyirəm ki, bizim üçün hansı rəqibə qarşı oynamağın fərqi yoxdur. Əsas odur ki, meydana çıxıb öz oyunumuzu sərgiləyək. Əminəm ki, buna nail olsaq, istədiyimiz nəticəni də əldə etməyimiz problem olmaz.

 

- İlk rəqib demək olar ki, turnirin ev sahibi olan Sankt-Peterburqdur. Yəqin ki, onlara güclü azarkeş dəstəyi olacaq. Düşünmürsünüz ki, bu, yığmamızın turnirdəki ən çətin oyunu ola bilər?
- Əlbəttə, onların doğma meydanda oynaması, azarkeş dəstəyinə malik olması əlavə üstünlükdür. Amma futbolda hər şey ola bilər. Mən bu komanda ilə qarşılaşmadan qalib ayrılacağımıza inanıram.

 

- Azərbaycan yığmasının ilk iki oyunda qazandığı qələbələrdən sonra baş mükafatı qazanmağınız barədə müzakirələr başlayıb...
- Fikrimcə, bu barədə danışmaq hələ tezdir. İndi bütün diqqətimiz qarşıdakı oyuna yönəlib. Amma əlimizdən gələni edəcəyik ki, bu turnirdə birinci yeri tutaq.

 

Mənbə: azerisport.az

Xəbər xətti