İtaliya A seriyası: "Yuventus" evdə büdrədi YENİLƏNİB

01:45 - 7 Yanvar 2015

"Napoli" rəqibini darmadağın etdi 
 
İtaliya A seriyasında 17-ci turun oyunları keçirilib. .
 
Sportal.az xəbər verir ki, turun ikinci günündə çempionluq uğrunda mübarizə aparan “Roma” səfərdə “Udeneze”ylə qarşılaşıb. Paytaxt təmsilçisi Astorinin vurduğu qolla minimal hesabla qələbə qazanıb.
 
“Milan” isə doğma azarkeşləri önündə “Sassuolo”yla bacarmayıb. Meydan sahibləri hesabda erkən önə çıxmalarına rəğmən qonaqlar sonda səfərdən 3 xal apara bilib.
 
Lider “Yuventus” doğma meydanda əzəli rəqiblərindən birini “İnter”I sınağa çəkir.  Turin təmsilçisi i5-ci dəqiqədə Tevesin vurduğu qolla hesabı açıb.    
 
 
İtaliya A seriyası 17-ci tur 
 
 
5 yanvar
 
“Latsio” – “Sampdoriya”  3:0
Qollar: Parolo, 38, Anderson, 41, Cordyeviç, 66
 
6 yanvar
 
“Udineze” – “Roma”  0:1
Qol: 
Astori, 17
 
“Milan” – “Sassuolo”  1:2
Qollar: Poli, 9 – Sansone, 28, Zaza, 67
 
“Kyevo” –  “Torino”  0:0
 
“Empoli” – “Verona”  0:0
 
“Cenoa” – “Atalanta”  2:2
Qollar: Falque, 51-pen, Matri, 69 – Zappakosta, 37, Morales, 49
  
“Palermo” – “Kalyari”  5:0
Qollar: Morqanella, 6, Munoz, 10, Diabala, 33-pen, 72, Bareto, 85
 
“Parma” – “Fiorentina”  1:0
Qol: Kosta, 11
 
“Çezena” – “Napoli”  1:4
Qollar: Virenza, 75 – Kallexon, 29, İquain, 41, 72, Qamşik, 64,
 
00:00 “Yuventus” – “İnter”  1:1
Qol: Teves, 5 - İkardi, 64

Xəbər xətti