Kempbell "Arsenal"dan gedir

02:45 - 7 Yanvar 2015

İspaniya klubları hücumçunu icarəyə götürür
 
İngiltərədə “Arsenal”ın əsas heyətə düşə bilməyən Joel Kempbell karyerasını İspaniyada davam etdirə bilər.
 
Sportal.az xəbər verir ki, DÇ-2014-də Kosta-Rika millisində fəallığı ilə seçilən hücumçu London təmsilçisində özünü göstərə bilıməyib.
 
Cari mövsüm “topçular” heyətində 11 oyunda meydana çıxan forvard rəqib qapılarına yol tapa bilməyib. 22 yaşlı futbolçunu mövsümün sonuna kimi “Vilyarreal” və “Real Sosyedad” komandaları icarə götürmək istəyir.             

Xəbər xətti