"Yanuzay mənə Kroyffu xatırladır"

12:35 - 7 Yanvar 2015

"O, möhtəşəm futbolçudur"

 

"Real Sosyedad"ın baş məşqçisi Devid Moyes "qırmızı şeytanlar"ın heyətində gənc yarımmüdafiəçi Adnan Yanuzayı çox bəyəndiyini vurğuladı.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, Moyes Yanuzayın oyun üslubunu əfsanəvi futbolçu Yohan Kroyffa bənzədərək bunları qeyd edib:

 

"Mən "Mançester Yunayted"ə gələndən sonra Yanuzayun oyunu diqqətimi çəkdi. O, həmin mövsüm əla təsir bağışladı. Yanuzayın topla oynaması mənə Kroyffu xatırladır."

 

Qeyd edək ki, Yanuzayın "Real Sosyedad"a icarəyə veriləcəyi gözlənilir.

Xəbər xətti