"Arsenal" Mandzukiçi transfer edir

00:45 - 8 Yanvar 2015

Madrid klubu xorvatiyalı forvardı satacaqmı? 
 
Madrid “Atletiko”sunun hücumçusu Mario Mandzukiç karyerasını İngiltərədə davam etdirə bilər.
 
Sportal.az xəbər verir ki, Xorvatiya millisinin aparıcı üzvüylə “Arsenal” klubu maraqlanır.
 
Qış fasiləsində hücum xəttini gücləndirməyi planlaşdıran “topçular” sözügedən forvardı düşərgəsinə qatmağa hazırlaşır. Fernando Torresin gəlişindən sonra Madrid təmsilçisində yerini itirəcəyini düşünən londonlular Mandzukiçə təklif göndərib.
 
“Atletiko”nun heyətində 23 oyuna çıxan futbolçu 14 dəfə rəqib qapılarına yol tapıb. 

Xəbər xətti