"Mançester Siti"yə şad xəbər

17:30 - 9 Yanvar 2015

Aquero və Dzeko yenidən yaşıl meydanlarda

 

İngiltərənin "Mançester Siti" klubunun hücumçuları Serxio Aquero və Edin Dzeko zədəsini sağaldıb.

Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir, hər iki futbolçu artıq komanda ilə birlikdə məşqlərə başlayıb.

Aquero və Dzekonun gələn həftə Premyer Liqada "Arsenal"la keçiriləcək qarşılaşmada iştirak edəcəkləri ehtimal olunur.

 

Xəbər xətti