Ronaldonun fanatlarından gözlənilməz addım

00:30 - 10 Yanvar 2015

UEFA prezidentinin evi top atəşinə tutuldu
 
 
Yanvarın 12-də dünyanın ən yaxşı oyunçusu və “Qızıl top”un sahibinin adı açıqlanacaq.
 
Sportal.az xəbər verir ki, dünyanın ən yaxşı oyunçusu adı uğrunda 3 futbolçu – Kriştianu Ronaldo, Manuel Noyer və Lionel Messi mübarizə aparırlar. Milli komandaların məşqçiləri və kapitanları arasında aparılan sorğuda dünyanın ən yaxşı oyunçusunun adına aydınlıq gələcək.
 
Bu ərəfədə Madrid “Real”ının portuqaliyalı ulduzu Kriştianu Ronaldonun fanatları gözlənilməz addım atıblar. UEFA prezidenti Mişel Platinin evinə toplar atan fanatlar qitə qurumunun şefini sorğuda portuqaliyalı hücumçunu dəstəkləməyə çağırıblar.         

Xəbər xətti