De Xea "Mançester Yunayted"lə müqaviləni yeniləyir

02:15 - 11 Yanvar 2015

İspaniyalı qapıçı İngiltərədə qalmaq istəyir
 
"Mançester Yunayted" klubu qapıçısı David de Xea ilə müqavilə yeniləməyi planlaşdırır.
 
Sportal.az xəbər verir ki, İngiltərə təmsilçisi ispaniyalı qolkiperi daha bir neçə il komandada saxlamaq niyyətindədir.
 
Avropanın bir sıra klublarının maraq dairəsinə düşən 24 yaşlı kiper də komandadan ayrılmaq istəmir. Təcrübəli qapıçının yaxın günlərdə "Qırmızı şeytanlar"la yeni müqavilə bağlayacağı gözlənilir.
 
Qeyd edək ki, de Xeanın "Mançester Yunayted"lə 2016-cı ilə qədər müqaviləsi var.

Xəbər xətti