Eto`O "Sampdoriya"ya keçir

03:30 - 11 Yanvar 2015

Kamerunlu İngiltərəni tərk etməyə hazırlaşır
 
“Everton”un hücumçusu Samuel Eto`O karyerasını İtaliya A seriyasında davam etdirə bilər.
 
Sportal.az xəbər verir ki, kamerunlu futbolçunu “Sampdoriya” komandası heyətinə qatmağa hazırlaşır. 33 yaşlı forvarda illik 2 milyon avro təkilf edən italiyalılar qış tarnsfer pəncərəsi bağlanana qədər məsələni həll etməyə çalışırlar.
 
Cari mövsüm əsas heyətdə yer almayan kamerunlu hücumçu İngiltərə təmsilçisiylə yollarını ayırmağa hazırddır. “Everton”un heyətində 20 oyun keçirən Eto`O rəqib qapılarına 4 dəfə yol tapa bilib.    

Xəbər xətti