Con Terri Lemparda çatdı

16:30 - 11 Yanvar 2015

Müdafiəçi 648-ci matçını keçirdi

 

"Çelsi" İngiltərə Premyer Liqasının XXI turunda doğma meydanda “Nyukasl”ı 2:0 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, bu qarşılaşma "Çelsi"nin müdafiəçisi Con Terri üçün əlamətdar olub. Təcrübəli futbolçu komandanın heyətində 648-ci oyununa çıxıb.
 
Bununla da o, hazırda "Mançester Siti"də çıxış edən, klubun sabiq yarımmüdafiəçisi Frenk Lemparda çatıb.

Qeyd edək ki, “Çelsi”nin heyətində ən çox Ron Harris (795) və Piter Bonetti (729) forma geyinib.

Xəbər xətti