Amitsiz "Atletiko" bir xala sevindi

17:10 - 12 Yanvar 2015

Komanda "Aves"dən 1 xal aldı

 

Portuqaliya ikinci liqasında 22-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Amit Quluzadənin çıxış etdiyi "Atletiko" da növbəti matçına çıxıb.

Komanda səfərdə "Aves"lə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Futbolçumuzun adı matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, "Atletiko" turnir cədvəlində 23 xalla 20-ci yerdə qərarlaşıb.

Xəbər xətti