"Ronaldo dünyanın ən yaxşı oyunçusu olmağa layiqdir"

01:00 - 13 Yanvar 2015

Ronaldinyo portuqaliyalı futbolçunu təbrik etdi
 
“Barselona” klubunun sabiq futbolçusu Ronaldinyo Madrid “Real”ının portuqaliyalı ulduzu Kriştianu Ronaldonu ilin ən yaxşı futbolçusu seçilməsi  münasibətiylə təbrik edib.
 
Sportal.az xəbər verir ki, Meksikada “Keretero”nun formasını geyinən braziliaylı ulduz Ronaldonun son illər əla oynadığını deyib:
 
“Ronaldo dünyanın ən yaxşı oyunçusu olmağa layiqdir. Çünki o, geridə qalan bir ildə özünü yaxşı tərəfdən göstərib. Həm fərdi həm də komanda oyununda Ronaldo gözəl oyun sərgiləyib. Hər halda seçim ədalətli oldu. Bu münasibətlə Ronaldonu təbrik edir və gələcək oyunlarında ona uğurlar arzulauyıram”.      

Xəbər xətti