"Platiniylə aramızda heç bir problem yoxdur"

02:45 - 13 Yanvar 2015

Ronaldo UEFA prezidentinin fikirlərinə hörmətlə yanaşır
 
2014-cü ilin ən yaxşı futbolçusu seçilən "Real" klubunun hücumçusu Kriştiano Ronaldo UEFA prezidenti Mişel Platini ilə aralarında problem olması bağlı yayılan xəbərlərin həqiqətə uyğun olmadığını deyib.
 
Sportal.az xəbər verir ki, portuqaliyalı futbolçu Platini ilə aralarında problem yaşamadığını gizlətməyib:
 
"Platini ilə aramızda heç bir problem yoxdur. Onun fikirlərinə hörmətlə yanaşıram. İstənilən halda, "Qızıl top" mükafatını qazandım. Ona görə arada gəzən söz-söhbətlərə fikir vermirəm".
 
Qeyd edək ki, klublararası dünya çempionatının qalibi olan Ronaldo mükafatlandırma zamanı Platini ilə görüşməmişdi. Bundan sonra tərəflər arasında soyuq münasibətlərin olması haqda xəbərlər yayılmışdı.

Xəbər xətti