"Simurq"un "Şaxtyor" ilə oyunu baş tutmadı

17:15 - 13 Yanvar 2015

Səbəb güclü yağış olub

 

Antaliyada təlim məşq toplantısında olan "Simurq"un ilk oyunu baş tutmayıb.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Türkiyədə davam edən kəskin hava şəraiti səbəbindən Zaqatala təmsilçisinin Qazaxıstanın "Şaxtyor" klubu ilə matçı oynanılmayacaq. Güclü yağış meydançanı yararsız vəziyyətə salıb.
 
Zaqata təmsilçisinin növbəti oyunu yanvarın 15-də Almaniyanın "Dyusburq" klubu ilə olacaq. Matç Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
 

Xəbər xətti