"Real"dan 100 milyon avro

19:15 - 14 Yanvar 2015

Komanda fransalıdan əl çəkmir

 

"Yuventus"un istedadlı mərkəz yarımmüdafiəçisi Paul Poqba bütün diqqətləri öz üzərinə çəkməyi bacarıb.

 

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, Madridin "Real" klubu futbolçunu transfer etmək niyyətindədir.

 

İspaniya təmsilçisi yayda yarımmüdafiəçiyə görə "Yuventus"a 100 milyon avro təklif etməyə hazırlaşır.

 

Qeyd edək ki, 21 yaşlı gənc futbolçunun klubu ilə 2019-cu ilə qədər müqaviləsi mövcuddur.

Xəbər xətti