"Valensiya" hücum xəttini Ruislə gücləndirir

00:50 - 15 Yanvar 2015

Kosta-Rika millisinin kapitanı İngiltərəni tərk edir  
 
Kosta-Rika yığma komandasının kapitanı Brayan Ruis karyerasını İspaniyada davam etdirə bilər.
 
Sportal.az xəbər verir ki, hazırda “Fulhem”də çıxış edən 29 yaşlı futbolçunu qış fasiləsində “Valensiya” düşərgəsinə qatmağa hazırlaşır.
 
Baş məşqçi Nunu Espiritu Santu “yarasalar”ın hücum xəttini Brayan Rusilə gücləndirmək fikrindədir. Yaxın günlərdə futbolçunun keçidiylə bağlı tərəflər bir araya gələrək bütün detallara aydınlıq gətirəcklər.        

Xəbər xətti