Fabio Kapello: "Messini əldən buraxmaq necə mümkün ola bilər?"

12:45 - 15 Yanvar 2015

"Messi, Ronaldadan daha yaxşıdır"

 

Rusiya yığmasının təcrübəli baş məşqçisi Fabio Kapello son vaxtlar Messinin "Barselona"dan ayrılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kapello öz açıqlamasında bunları qeyd edib:

 

"Mənim fikrimcə, Messi Ronaldodan daha yaxşıdır. Ancaq hal-hazırda komandada hər hansı bir problem yaşaya bilər. Bu da, oyununa təsir edir. Lakin, Messini hər hansı bir komandaya vermək ağılsızlq olardı. Onu əldən buraxmaq necə mümkün ola bilər? Son turda keçirilən "Barselona" - "Atletiko" matçını izlədim. Messi oyuna yaxşı başlamasa da, sonradan öz dahiliyini ortaya qoydu və qələbədə böyük pay sahibi oldu. Onu komandada saxlamaq lazımdır."

Xəbər xətti