Yaya Ture: "Parisdə olan müsəlman dostlarım üçün çox narahatam"

17:45 - 15 Yanvar 2015

Yarımmüdafiəçi qorxur

 

"Mançester Siti"nin kot"divuarlı futbolçusu Yaya Ture Fransada olan məlum olaylar barədə öz fikirlərini səsləndirib.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçisi baş verən hadisələrdə dostları üçün narahat olduğunu bildirərək bunları qeyd edib:

 

"Şarl Ebdo" nəşriyyatında baş verən hadisələr hamımızı üzdü. Razıyam ki, mətbuat öz fikirlərini səsləndirməkdə azad olmalıdır. Ancaq, bu fikirlər hər hansı bir insanın şəxsiyyətinə ləkə gətirməməlidir. Mən müsəlmənam və Parisdə müsəlman dostlarım çoxdur. Onlar üçün çox narahatam. Başlarına bir şey gəlməyindən qorxuram."

Xəbər xətti