UEFA iki klubu cəzalandıra bilər

00:30 - 16 Yanvar 2015

Çempionlar Liqasında danışılmış oyun
 
Rumıniyanın "Dinamo" (Buxarest) və "Latsio" klubları cəzalandırıla bilər.
 
Sportal.az xəbər verir ki. hər iki klubun adı danışılmış oyunlarda hallanır.
 
2007/08 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində üz-üzə gələn komandaların duelində nəticənin əvvəlcədən müəyyənləşdiyi bildirilir. Bu barədə "Dinamo" klubunun sabiq səhmdarı məlumat verib. UEFA artıq həmin oyunla bağlı araşdırmalara başlayıb.
 
Qeyd edək ki, bu komandalar arasında Romada keçirilən oyunda qalib müəyyənləşməyib - 1:1. Rumıniyada isə "Latsio" komandası 3:1 hesabı ilə qalib gəlib.   

Xəbər xətti