"Ayaks" "Qroningen"i məğlub etdi

01:00 - 17 Yanvar 2015

Amsterdam təmsilçisi liderə yaxınlaşdı
 
Hollandiya çempionatında 18-ci tura start verilib.
 
Sportal.az xəbər verir ki, turun açılış matçında çempionluq uğrunda mübarizə aparan “Ayaks” doğma meydanda ortabablardan olan “Qroningen”i sınağa çəkib.
 
Amsterdam təmsilçisi oyuna fəal başlayaraq 15-ci dəqiqədə Kişnayla hesabı açıb. Fasiləyə minimal üstünlüklə yollanan ev sahibləri matçın sonunda daha bir qol vuraraq 2:0 hesablı qələbəni rəsmləşdirib.
 
“Ayaks” – “Qroningen”  2:0
Qollar:
Kişna, 15, Kappelhof, 90+1-öz qapısına  

Xəbər xətti