Afrika Millətlər Kubokuna "sülh"lə start verildi

12:05 - 18 Yanvar 2015

İlk oyun günündə 2 matç

 

Afrika Millətlər Kubokuna start verilib. 

 

Sportal.az xəbər verir ki, A qrupunda təşkilatçı ölkə Ekvatorial Qvineya, Konqo, Burkino Faso və Qabon milliləri mübarizə aparacaq.

 

Turnirin açılış matçında Ekvatorial Qvineya Konqo millisiylə bərabərə qalıb - 1:1.

 

Qrupun digər oyununda isə Burkino Faso və Qabon yığmaları üz-üzə gəlib. Oyun Qabonun 2:0 hesablı qələbəsiylə yekunlaşıb.

 

 

17 yanvar

 

A qrupu

 

 Ekvatorial Qvineya - Konqo 1:1

Qol: Nsue, 16 - Bifuma, 87.

 

 Burkino Faso - Qabon 0:2

Qol: Obameyanq, 20. Evuna, 72.

Xəbər xətti