"Yuventus"un hücumçusu "Toronto"da FOTO

11:30 - 20 Yanvar 2015

Sebastyan Covinko komandanı tərk edir

"Yuventus"un italyan hücumçusu Sebastyan Covinko yeni mövsümdən etibarən "Toronto"da çıxış edəcək.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda artıq futbolçu ilə razılığa gəlib.

Futbolçu transferi ilə bağlı açıqlamasında bunları söyləyib: "Toronto" klubu ilə razılığa gəldim. Bu komanda haqqında xoş sözlər eşitmişəm. Çox həyəcanlıyam. Bu yaya qədər "Yuventus"da çıxış edəcəm və komanda üçün qəlbimi və ruhumu verəcəm."

Qeyd edək ki, "Toronto" Covinkodan öncə "Roma"dan Maykl Bredli və "Sanderlend"dən Jozi Attidoru heyətibə qatıb.

Xəbər xətti