İngiltərə klubundan "Bakı"ya rəsmi müraciət

16:15 - 21 Yanvar 2015

Vitse-prezidentdən açıqlama
 
“Yure Travnerə görə “Ridinq” klubu bizə müraciət edib”.
 
Sportal.az xəbər verir ki bu sözləri “Bakı”nın vitse-prezidenti Yaşar Seyidov deyib.
 
İngiltərə “Çempionşip” təmsilçisi “Ridinq” “Bakı”dan qaçan Yure Travnerlə anlaşsa da, onunla rəsmi müqavilə bağlaya bilmir. Çünki sloveniyalı müdafiəçinin “zolaqlılar”la müqaviləsi davam edir. Seyidov isə müqavilənin ləğvi üçün öz şərtlərini onlara göndərdiklərini deyib: “Cavab yolladıq ki, Travner klubdakı alacaqlarından imtina etsin, qarşılıqlı razılıqla müqaviləni ləğv edək və transfer sənədini verək. Travnerə onu da çatdırdıq ki, “Bakı”dan şikayəti olmadığı barədə bizə rəsmi sənəd versin”.
 
Hücumçu Nurlan Novruzovun məsələsinə də aydınlıq gətirən vitse-prezident gənc oyunçunun Türkiyəyə yollanmayacağını əlavə edib: “Nurlan Novruzov cari mövsümün sonuna qədər “Bakı”da çıxış edəcək. Onu heç bir kluba verməyəcəyik. Bu məsələ artıq bağlanıb”.
 
Mənbə:apasport.az

Xəbər xətti