"Heç vaxt "Real Madrid"də baş məşqçi olmaram"

16:45 - 21 Yanvar 2015

"Puldan imtina edərəm"
 
"Atletiko"nun baş məşqçisi Dieqo Simeone maraqlı açıqlamaları ilə diqqət mərkəzinə düşüb. 
 
Sportal.az xəbər verir ki, FİFA-nın rəsmi saytına açıqlama verən təcrübəli mütəxəssis bunları söyləyib: 
 
"Real Madrid"dən və Braziliya milli komandasından təklif gəlsə heç vaxt qəbul etmərəm. O komandalar mənə çoxlu məbləğ təklif etsələr də həmin puldan imtina edərəm. Mən Argentina milli komandasında çalışmaq istəyirəm. Ümid edirəm ki, bu arzum reallaşacaq.

Xəbər xətti