Ən yaxşı klub baş məşqçiləri müəyyənləşdi

15:50 - 22 Yanvar 2015

Siyahıda 10 mütəxəssis yer alıb
 
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2014-cü ilin yekunlarına əsasən dünyanın ən yaxşı klub baş məşqçilərinin reytinq siyahısını dərc edib.
 
Sportal.az xəbər verir ki, ötən mövsüm Madrid "Real"ı ilə Çempionlar Liqasının və klublararası dünya çempionatının qalibi olan Karlo Ançelotti 169 xalla hər kəsi geridə qoyub. 
 
Həmin siyahını diqqətinizə çatdırırıq:
 
1. Karlo Ançelotti ("Real", Madrid) - 169 xal
 
2. Dieqo Simeone ("Atletiko", Madrid) - 139 xal
 
3. Pep Qvardiola ("Bavariya") - 76 xal
 
4. Joze Mourinyo ("Çelsi") - 15 xal
 
5. Unai Emeri ("Sevilya") - 11 xal
 
6. Manuel Peleqrini ("Mançester Siti") - 8 xal
 
7. Jürgen Klopp ("Borussiya", Dortmund) - 7 xal
 
8. Antonio Konte ("Yuventus") - 6 xal
 
9. Ronald Kuman ("Feyenoord" / "Sauthempton") - 3 xal
 
10. Rudi Qarsiya ("Roma") - 2 xal

Xəbər xətti