"Napoli" "Udineze"ni məğlub edərək adını 1/4 finala yazdırdı VİDEO

11:15 - 23 Yanvar 2015

İtaliya kuboku

 

İtaliya kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, "Napoli" doğma azarkeşləri önündə "Udineze"ni qəbul edib. 90 dəqiqə ərzində hərəyə 1 dəfə fərqlənən komandalar əlavə vaxtda daha bir qol vurublar. Matçın taleyinə penaltilər seriyasında aydınlıq gəlib. Burada daha dəqiq oynayan "Napoli" 1/4 finala yüksəlib. 

 

 

"Napoli" - "Udineze" - 2:2 (Penaltilər seriyası - 5:4)
Qollar:
  Jorqinyo, 65-pen, Hamşik, 99, Tereau, 58, Kone, 104


 

Xəbər xətti