"Simurq" Ukrayna klubuna qalib gəldi

19:35 - 24 Yanvar 2015

Komanda son oyununda rəqibini məyus etdi
 
Türkiyədə təlim-məşq toplanışında olan "Simurq" bu gün qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində sonuncu yoxlama matçını keçirib.
 
Sportal.az xəbər verir ki, komanda son Ukraynanın "Volın" klubu ilə qarşılaşıb.
 
Qeyd edək ki, bu komanda bir neçə gün öncə "Neftçi" ilə də qarşılaşmışdı və həmin oyundan 3:4 hesablı məğlubiyyətlə ayrılmışdı.
 
"Simurq" isə bundan əvvəlki yoxlama oyunlarını Qazaxıstanın "Şaxtyor" (3:1) və "İrtış" (0:3), Almaniyanın "Duysburq" (1:4) və Rumıniaynın "Astra" klubuna (0:0) qarşı keçirib.
 
Yoxlama oyunu
24 yanvar
 
"Simurq" - "Volın" - 2:0 
Qol: Rəşad Eyyubov, 18, Nicat Muxtarov, 85 

Xəbər xətti