"Latsio"nun hücumçusunun ayağı sındı, 3 ay oynamayacaq

13:20 - 25 Yanvar 2015

XX turun matçında zədələndi və..

 

İtaliya A seriyasının XX turu çərçivəsində keçirilən "Latsio" - "Milan" (3:1) matçının 83-cü dəqiqəsində meydan sahiblərinin hücumçusu Filip Corceviç zədələnərək meydanı tərk edib.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, müayinə nəticəsində ayağında sınıq aşkarlanan Corceviç ən az 3 ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Qeyd edək ki, Corceviç bu mövsüm çıxdığı 22 matçda 8 qolla komandasının ən məhsuldar futbolçusudur.

Xəbər xətti